Mezoterapiya

Cavan qalmağın sirrini bütün insanlar tapmağa çalışırlar. Biz sizə bu sirlərdən danışacağıq. İlk olaraq bunu qeyd etməliyik ki, 50-60 yaşına qədər kosmetoloji proseslərdən keçməyən insanlarda cavanlaşdırıcı metodlardan istifadə xanım və ya bəy olmasına baxmayaraq tam istədiyimiz efekti vermir və bir az təbii olmayan görüntü yaradır.

Lakin 30-35 yaşlarından başlayaraq az dozada kosmetoloji proseslərdən keçdikdə, dəriyə cavanlaşdırıcı vasitələrlə qulluq etdikdə çox gözəl effeklər əldə edilir. Bura nümunə olaraq mezoterapiya, botoks, hialuron turşusu dolğusu (filler) və başqa kosmetoloji prosedurları deyə bilərik. Bəs bu prosedurların hər birinin nə xüsusiyyətləri mövcuddur? Gəlin tanış olaq

Mezoterapiya nədir?

Tarixinə nəzər salsaq il dəfə 1950-ci ildə Fransada istifadə olmağa başlanmış müalicə üsuludur. Günümüzdə Kosmetologiyda geniş istifadə olunmağa başlamışdır. Dərinin problem yaranmış nahiyyəsində dermis yəni dərinin orta qatına mikroiynələr vasitəsilə dərman vasitələrinin yeridilməsi üsulu mezoterapiya adlanır. Beləki, dəridə olan problemdən asılı olaraq xüsusi dərman kokteylləri hazırlanır. Bu kokteyllər antioksidantlar, minerallar, vitaminlər, hialuron turşusu, amin turşuları və başqa müalicəvi effekti olan dərman vasitələri ilə zəngindir və dəridə kollagen toxumasını yeniləyir və möhkəmləndirir, həmçinin elastin sintezini artırır.

Mezoterapiyanın təsirləri nələrdir?

Dərman vasitələrini oral qəbul etdikdə və ya damar, əzələ kimi bölgələrə inyeksiya etdikdə, o, hədəflənmiş orqana lazım olan miqdarda gedib çata bilmir. Çünki, müəyyən miqdarı sorulma nəticəsində bədəndən xaric olur. Yuxarıda sadalanan dərmanlar ağız vasitəsi ilə qəbul olunduqda əks təsirlər göstərə bilər, çünki, müalicə olunan bölgəyə gedənə qədər digər orqanlarla təmas edləmiş olur. Mezoterapiyada isə az dozada dərmanla yüksək effekt ələ olunur, həmçinin orqanizmaya və digər orqanlara əlavə təsirlər göstərmir.

Mezoterapiyadan istifadə məqsədləri nələrdir?

  • Dərinin gəncləşdirilməsi, dəriyə nəm və parlaqlıq qazandırılması, incə qırışların yox edilməsi;
  • Ləkələrin rənginin açılması;
  • Saçların gücləndirilməsi, saç tökülmələrinin qarşısının alınması;
  • Gözaltı kölgələnmələrin müalicəsi;
  • Selülitin müalicəsi;
  • Striaların (hamiləlik zamanı qarında yaranan dəri çatlamalarının) aradan qaldırılması.
  • 10 yaş cavanlaş

Mezroterapiyanın saç tökülməsinə qarşı effekti

Saç tökülməsi əlehinə yüksək effekt göstəricisinə malik müalicə metodudur. Saç tökülməsinin səbəbindən asılı olmayaraq mezoterapiya saçlı dərinin qan dövranını artırır və saç köklərinin qidalanmasını təmin edir. Saç tökülməsinin azalmasına, zəif saçları gücləndirməyə və yeni saçların sürətlə çıxmasına kömək edir. Kosmetologiyada mezoterapiya müalicə metodu 2-4 həftəlik fasilələrlə ümumilikdə 8-10 seans tətbiq edilir. Siz 4-5-ci seanslarlda gözlə görülən dəyişikləri müşahidə edə biləcəksiniz. Bundan əlavə olaraq saç tökülməsinə səbəb olan hər hansısa bir xəstəlik sizdə aşkarlanarsa mezoterapiya ilə bərabər olmaqla bu xəstəlik də müalicə olunmalıdır.

Dəri yaşlanmasına qarşı mezoterapiya

Təbii ətraf mühitin, eləcə də keçən zamanın və digər faktorların dəriyə təsiri nəticəsində dəridə qırışlar, ləkələr, sallanmalar, solğunluq, çökmələr meydana gəlir. Bir çox insan “antiaging” kremlər ,yəni, qırışlar əleyhinə kremlərdən istifadə edirlər. Lakin bilmək lazımdır ki, belə kremlər sadəcə olaraq dərinin üst qarına təsir edir, orta qat olan dermisə gedib çatmır. Bu isə effektiv nəticə vermir. Çünki,  qırışların yaranmasında dərini dəstəkləyən əsas hissə orta dəri qatıdır. Mezoterapiyada isə istifadə olunan dərman vasitələri və dərman kokteylləri birbaşa olaraq dərinin ehtiyyac olan qatına yeridilir. Dərini gəcnləşdirmək məqsədi ilə mezoterapiya üz, boyun və dekolte bölgəsinə tətbiq olunur. Digər adı ilə Mezolifting adlanan bu üsulda dərinin elastikliyini və parlaqlılığını artıran, həmçinin dərini nəmləndirən  xüsusi qarışımlardan istifadə olunur. Həmin bu maddələr dəridə olan hialuronik asit sintezini bərpa edir, dəridə kollagen və elastik liflərin sayını artırır. Mezolifting proseduru 2-4 həftəlik fasilələrlə həyata keçirilir. Seansın sayı isə xəstənin yaşı, onun dəri tipi və dərisinin xüsusiyyətinə görə dəyişir. Dərini gənc yaşlarda nəmləndirilməsi və parlıqlığının artırılması, sonraki dövrlərdə yəni irəli yaşlarda isə dərinin cavanlaşdırılması məqsədi ilə istifadə olunur.

Gözəlliyi görmək və duymaq bacarığım qoruyub saxlayanlar heç zaman qocalmırlar.

Franz Kafka

Add Your Comment